Son inkişaflarla hər kəsin diqqətini çəkən süni intellekt texnologiyaları bu dəfə internet təhlükəsizliyi ilə gündəmdədir.

QHT.az xəbər verir ki, İngiltərədən Durham, Surrey və Royal Holloway Universitetləri tərəfindən aparılan araşdırmada süni intellektin klaviaturadakı düymə səslərini dinləməklə yazılanları 95 faiz dəqiqliklə çatdıra bildiyi müəyyən edilib.

Tədqiqatçıların 2021-ci il Macbook Pro modelində düymə vuruşlarının səslərini tanımaq üçün kodlaşdırdıqları Süni Intellekt, Zoom zəngi zamanı mikrofon vasitəsilə və iPhone 13 telefonu vasitəsilə hər bir düymə vuruşunu ayırd edə bildi. Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu istiqamətdə süni intellekt texnologiyalarının hakerlər tərəfindən öyrədilməsi ciddi təhlükəsizlik boşluqları yarada bilər.

 

Pərvanə Fərhadqızı