"Aksiya davam edir. İstəyimizə nail olmayana kimi geri addım atmayacağıq".

 

QHT.az xəbər verir ki, Bunu Bakıvaxtı.az-a açıqlamasında Şuşa-Xankəndi yolunda keçirilən aksiyada iştirak edən "Gənclərin Anti- Narkomaniya" İctimai Birliyinin sədri Büllur Məmmədova deyib.               

 

O qeyd edib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa-Xankəndi yolunda aksiyanı davam etdirir: "Havanın şəraitinin soyuq olmasına və günlərlə aksiyanın davam etməsinə baxmayaraq, tələblərimizin yerinə yetirilməsində israrlıyıq. Biz eko terrora yox deyirik. Bizim tələbimiz odur ki, müvafiq dövlət qurumları Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə olan yataqlarda monitorinq apara bilsinlər. Onlar bu icazəni verməyənə kimi bizim geri addım atmağımız mümkün deyil".

 

QHT rəhbəri Bakıvaxtı.az-a təşəkkür edib: "Vətəndaş cəmiyyəti nümayəndələrinin keçirdiyi aksiyanı diqqətdə saxladığınız üçü sizə təşəkkür edirik".