Artıq 6-cı gündür ki, Laçın-Şuşa yolunda fəal ekoloqlar, QHT və KİV nümayəndələri Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Rusiya sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparır. 

Aksiya iştirakçılarının tələbləri yerinə yetirilmədiyi üçün bu etirazlar hələ də davam edir. Bu aksiyalar tam haqlı olaraq keçirilir. Çünki hər bir ölkənin, vətəndaşın öz təbii sərvətlərini, ekosistemini qorumaq, ona sahib çıxmaq haqqı var.

Ona görə azərbaycanlı fəalların istədikləri bu tələbələr tam təbii və hüquqi çərçivədədir.

İşğalçı Ermənistan ona dəstək verən ölkələrin köməkliyi ilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında qanunsuz istismar həyata keçirir.

 Bu da ekoloji terror davranışlarıdır. Bu səbəbdən etiraz edən azərbaycanlılar tələb edirlər ki, qızıl və mis yataqlarına Azərbaycanın səlahiyyəti qurumları yerində baxış keçirsin. 

Həmçinin tələb olunurki, ərazilərimizdə qanunsuz istismarlar dayandırılsın, monitorinq qrupları ətraf mühitə vurulan ziyanla bağlı potensial riskləri qiymətləndirsin və dəymiş zərərin nəticələrini aradan qaldırsın. 

Qeyd etmək istərdim ki, azərbaycanlılar Laçın- Şuşa yolunda ermənilərin Xankəndinə gedən humanitar yardımlarına mane olmur. Bu da Azərbaycan xalqının böyük və humanist olduğunun göstəricisidir. 

Buna baxmayaraq, Ermənistan tərəfi öz vandalizm davranışlarını dayandırmır və 2 il əvvəl olan hadisələrdən dərs çıxarmır. Azərbaycan dövləti isə Ermənistana sülh təklif edib və onlardan ciddi addımlar atılmasını gözləyir. 

Təssüf ki, qarşı tərəf ölkəmizin sülh təklifinə müsbət cavab vermir. Bölgədə istər təxribat, istərsə də ekoloji terror törətməyə davam edir

Elmir Səftərov

Siyasi şərhçi