8 noyabr Zəfər günü ilə əlaqədar Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov QHT.az-a aşıqlamasında qeyd edib ki, 44 günlük Zəfər müharibəsinin ən böyük müjdəsi məhz Şuşanın azad olunması idi:
"Bu şəhər həm də Qələbəmizin simvoluna çevrildi. Şuşa Azad edilərkən Müzəfəfr Ali Baş Komandan İlham Əliyevin səsələndirdiyi fikirləri həyacansız dinləmək mükün deyildi. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır Vaxtıilə Şuşa getsə başıma güllə çaxacam deyən anti milli ünsürlər şəhər azad ediləndə də Qələbəmizə qara yaxmağa çalışırdılar. Lakin Azərbaycan xalqı kimin kim olduğunu bilir".












