Bu gün Vətən Müharibəsində Şəhid olmuş Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Teymur Məcidzadənin xatirəsinə həsr edilmiş "Şuşada bitən yuxular" kitabının təqdimatı keçirilib.

QHT.az xəbər verir ki, universitetin rektoru Ədalət Muradov Şəhid Teymur Məcidzadənin keçdiyi qısa və mənalı həyatı haqqında xatirələrimizi bölüşdük: “Teymurun UNEC arxivində saxlanılan attestatını valideynlərinə təqdim etdik. Kitabın müəllifi Könül xanım Fazilqızını təbrik edir və bu dəyərli kitaba görə təşəkkür edirəm”.

Qeyd edək ki, Şəhidimiz Teymur Məcidzadə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun tərkibində Vətən müharibəsində iştirak etmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuşdur. Şəhidlərimiz xalqımıza tarixi Zəfərimizi bəxş etdilər və bu müqəddəs amal uğrunda öz canlarını fəda etdilər.

Allah bütün şəhidlərə rəhmət eləsin.

Pərvanə Fərhadqızı