Qarabağ uğrunda 44 günlük savaşda şəhid olmuş 9 şuşalı gənc qəhrəman haqqında sənədli filmlərin çəkilməsi planlaşdırılıb.
"Azərbaycan - İraq" Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yalnız irəli-3” filminin çəkilişinə başlanılıb.
Bu serial filmlərin sıradan 3-cüsü – “Yalnız irəli-3” filmi “Vətən Media” Yaradıcılıq Qrupunun studiyasında çəkiləcək.
Bu ilin sentyabr – oktyabr aylarında reallaşan bu layihə çərçivəsində çəkiləsi sənədli-bədii film 44 günlük möhtəşəm haqq savaşında şəhid olmuş şuşalı sanitar təlimatçı çavuş Hüseynov Əzəmi Əli oğlunun ömür və döyüş yoluna işıq tutulacaq. Film bitəndən sonra layihə təbliğat və tanıtma tədbirləri ilə davam edəcək.
Film ölkə gənclərinin, xaricdə yaşayan soydaşlarımızın yaddaşında vətən sevgisinin aşılanması barədə dəyərli mənbə olacaqdır.
Son Vətən savaşı zəfərinin təbliğatına ünvanlanmış bu layihənin müəllifi və rəhbəri şuşalı, pedaqoq, yorulmaz ictimaiyyətçi, şairə, "Azərbaycan–İraq" Mədəni Əlaqələr İctimai Birliyinin sədri Tahirə Məmmədovadır.
Bu filmlərin çəkilməsində məqsəd Vətən uğrunda şəhid olanların vətənə sevgisinin təbliği, Azərbaycanın apardığı haqq işində vətəndaşların dəstəyinin artırılmasıdır.
Bu il bu qala şəhərin 270 illiyidir. Yəni 270 il öncə dədələrimiz bu qalanı tikiblər. 2022-ci il “Şuşa İli” elan edilib. Həmçinin Şuşa Türk Dünyasının Mədəniyyət Paytaxtı, Qafqazın konservatoriyası elan edilib. Səhərin tarixi, işğalı və onun uğrunda canını fəda edən şuşalı şəhid qəhrəmanlar haqqında tanıtım aksiyalarının silsiləvi təşkili Şuşaya, bu regionun özəlliyinə dana çox əhəmiyyət verilməsi deməkdir.
Oxucularımıza mövzunu diqqətdə saxlamağı təklif edirik. Noyabr ayında sənədli-bədii filmin təqdimatı olacaq.












