Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” gənclər düşərgəsinin 2-ci günündə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev düşərgə iştirakçıları ilə görüşüb.
QHT.az xəbər verir ki, gün ərzində könüllülər üçün tarixi abidələrin fotoçəkilişi mövzusunda təlim, “Qərbi Azərbaycana qayıdış gənclərin gözü ilə” mövzusunda qrup işləri təşkil olunub, debat yarışı keçirilib.
Pərvanə Fərhadqızı












