Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun nümayəndə heyəti ilə görüşüb.
 

QHT.az xəbər verir ki, ötən gün keçirilən görüşdə QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya üzrə meneceri Olga Avdeyeva və Fondun nümayəndələri Natalya Maniç, Dinara Abbas, Səhiyyə Nazirliyi İİV/QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə proqramın Layihə Əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov, TƏBİB-in İcraçı direktorunun müavinləri Anar İsrafilov və Araz Nəsirov, TƏBİB-in müvafiq departament, şöbə rəhbərləri iştirak ediblər.
Görüşdə vərəmə dair prioritet müdaxilələr, vərəm proqramının genişləndirilməsi, müvafiq fəaliyyətlərin maliyyələşdirmə imkanları və digər məsələlər müzakirə olunub.