Hər il bütün dünyada "Ümumdünya Qan Donoru Günü" kimi qeyd olunur. Bu günün keçirilməsi qərarı 2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında qəbul edilmiş könüllü qan donorluğunu dəstəkləyən bəyanatda verilib. “Həyat bəxş et: qan donoru ol!” şüarı altında həyata keçirilən bu ilki kampaniyanın məqsədi könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, həyatı xilas etmək, sağlamlığın səviyyəsini artırmaq üçün qan donorluğuna yeni insanları cəlb etməkdir.

QHT.az xəbər verir ki, Səhiyyə Nazirliyinin ““2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nın həyata keçirilməsi barədə” və “Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi barədə” əmrləri donor qanına tələbatın ödənilməsinə yönəldilib.

 

Pərvanə Fərhadqızı