Mərkəzi Bankın sədri hörmətli Taleh Kazımovun dəvəti ilə onunla və onun komanda üzvləri ilə ölkədə həyata keçirilən pul-kredit siyasəti, inflyasiya, maliyyə sabitliyi  müzakirəsinə həsr edilmiş növbəti görüş olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov məlumat verib: “Dəvətə görə təşəkkür edirəm və ümid edirəm ki, ölkənin bank sektoru ölkədə iqtisadi artıma lazımi dəstəyi verəcək”.

QHT.az xəbər verir ki, görüşdə bank sektorunun inkişaf istiqamətləri ilə bağlı Mərkəzi Bank rəhbərliyinin müvafiq Təqdimatı olub.

Məlumat üçün bildirək ki, ölkə iqtisadiyyatının stimullaşdırılması üçün strategiya planını hazırlayarkən bu plan cəmiyyətin tələbatına uyğun seçilməlidir. Burada önəmli məqam ondan ibarətdir ki, qoyulan hədəflər həyata keçirilən zaman effektivlik yüksək olsun. Ona görə də iqtisadiyyatın stimullaşdırılma meyarı, ölkənin sosial-iqtisadi meyarı ilə uzlaşdırılmalıdır.

 

Pərvanə Fərhadqızı