Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən telejurnalist, aparıcı Natəvan Babayeva bu gün dünyasını dəyişib.

QHT.az xəbər verir ki, Natəvan Babayeva 12 oktyabr 1977-ci ildə Bakıda anadan olub. 1984–1994-cü illərdə Xətai rayonu 204 saylı orta məktəbində təhsil almışdır. 1994–1998- ci illərdə Bakı Dövlət Universitetində bakalavr pilləsini və 2001-ci ildə magistraturada jurnalistika fakültəsini bitirib. O, qısa müddət "Sara Xəbər"də çalışıb. Bundan sonra isə onun karyerasının ANS TV dövrü başlayıb. 2000-ci ilin avqustun 24-də sözügedən kanalda fəaliyyətə başlayan aparıcı, 16 il burada çalışıb. Daha sonra isə AzTV-də aparıcısı kimi fəaliyyətini davam etdirib.

 

Pərvanə Fərhadqızı