Ümid Yolu Xeyriyyə İctimai Birliyi və Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi arasında əməkdaşlıq əlaqələri davam edir.
QHT.az xəbər verir ki, 04 iyun 2024-cü il tarixində Ümid Yolu Xeyriyyə İctimai Birliyi tərəfindən hazırlanan sovqatlar Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin vasitəçiliyi ilə aztəminatlı ailələrə paylanılıb.
Beş nəfər ailə üzvünün yaşadığı evin tamamilə yararsız vəziyyətdə olan giriş qapısı və pəncərəsi yenisi ilə dəyişdirilib. Hər iki təşkilatın əməkdaşları Neftçalada aztəminatlı ailələrə dəstəyin dayanıqlı olması üçün yeni təşəbbüslər barədə fikir mübadiləsi aparıb.












