Bu gün “Ümidli Gələcək” Gənclər Təşkilatının sədri Kamələ Aşumova QHT.az platformasında qonaq olub. Görüş qarşılıqlı fikir mübadiləsi və əməkdaşlıq imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Görüşdə QHT.az platformasının rəhbəri Cəsarət Hüseynzadə platformanın məqsəd və fəaliyyət istiqamətləri, eləcə də QHT-lərlə media münasibətlərinin inkişafı barədə ətraflı məlumat verib. O, vətəndaş cəmiyyəti institutlarının səsinin ictimaiyyətə çatdırılmasında medianın rolunun artırılmasının zəruriliyini vurğulayıb.
Öz növbəsində Kamələ Aşumova rəhbərlik etdiyi “Ümidli Gələcək” Gənclər Təşkilatının həyata keçirdiyi layihələr, Azərbaycan Uşaq Qaynar Xətt Xidməti və digər görülən işlər barədə danışıb.
Müzakirələr zamanı tərəflər QHT.az platforması ilə “Ümidli Gələcək” Gənclər Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı informasiya dəstəyinin təmin edilməsi və birgə maarifləndirmə təşəbbüslərinin həyata keçirilməsi barədə razılığa gəliblər.












