Bu il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümünü qeyd edirik.

QHT.az xəbər verir ki, bu bəyannamə öz mahiyyətində bəşəriyyətin ortaq dəyərlərini təcəssüm etdirən, mənşəyindən, mədəniyyətindən və inancından asılı olmayaraq bütün fərdlərin ləyaqətini və hüquqlarını qoruyan unikal sənəddir. BMT- nin Azərbaycandakı nümayəndəliyi bu gün münasibətilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə birlikdə yeni layihəyə start verir.

Qeyd edək ki, növbəti 2 ay ərzində Bəyannamənin 30 maddəsinin sadələşdirilmiş izahlı videolarını paylaşacağıq. Maddə 1: Bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilib və onlar bir-birinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar.

 

Pərvanə Fərhadqızı