"Hər bir uşaq sağlam böyümək, vaxtında tibbi xidmət almaq və həyat keyfiyyətini qorumaq hüququna malikdir".
QHT.az xəbər verir ki, bu sözləri "Kistik Fibroz Xəstələrinə Yardım "İctimai birliyinin sədri Səadət Bayramova bildirib. Onun sözlərinə görə, bu, sadəcə hüquq deyil – insanlıq borcudur:
"Oktyabr Noyabr ayları ümumilikdə Usaq hüquqları aylığı kimi qeyd olunur, lakin uşaqlar cəmiyyətin ən həssas qrupudur, xüsusilə nadir və xroniki xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün səhiyyə sisteminin əlçatan, şəfqətli və ədalətli olması həyati əhəmiyyət daşıyır. Uşaqların tibbi hüquqlarına hörmət etmək – onların gələcəyinə, cəmiyyətin sabahına hörmət etmək deməkdir".












