Pekin 3 ildən sonra xaricdən girişlər üçün karantin tələbini qaldırıb. Beləliklə, çinlilər tez bir zamanda xaricə səfərlərini planlaşdırmağa başladılar.

QHT.az xəbər verir ki, pandemiyanın başlanğıcından bəri özünü təcrid edən Çin, daxili hadisələrin artması fonunda bundan imtina etdi. Xaricdən Çinə gələnlər artıq 5 günlük məcburi karantinə məruz qalmayacaqlar. Bununla belə, onlar hələ də son 48 saat ərzində edilən mənfi COVID testini təqdim etməlidirlər. Karantinsiz səyahətin ilk günündə sərhəd qapılarında sıxlıq müşahidə edilərkən, minlərlə ailə illər sonra ilk dəfə bir araya gələ bildi. Dünən beynəlxalq reyslərlə yanaşı, quru sərhədindən Honq-Konqa xüsusi inzibati rayona gəlişlərə də icazə verilib.

İlk növbədə Honq-Konqdan təxminən 60.000 insana sərhədi keçmək üçün yaşıl işıq yandırıldığı halda, ayrılmış ailələrin minlərlə üzvü qovuşmaq ümidi ilə sərhədə axın etdi. Rəsmi məlumatlara görə, yaxın iki ay ərzində Honq-Konqdan materikə 410 min insan gedəcək. Bu insanların əksəriyyəti təhsil və işləmək üçün burada olan və 3 ildir ailəsindən ayrı olanlardır.