Vərəmin Təsirinə Məruz qalmış insanların Qlobal Şəbəkəsi “TB PEOPLE” qurumunun Azərbaycandakı vətəndaş cəmiyyəti tərəfindən rəsmi nümayəndəsi “Vərəmsiz Gələcəyə Doğru” İB Vərəmin Təsirinə Məruz Qalmış İnsanların hüquqları haqqında bəyannamə ilə bağlı Azərbaycanda maarifləndirmə layihəsinə başlamışdır.

QHT.az xəbər verir ki, fevralın 04-də Şəmkir rayonunda layihənin I raundu başlamışdır. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının aparatı, “Şəmkir MRX” PHŞ rəhbərliyi, Şənkir Vərəməleyhinə xəstəxanasının kollektivi, “Gəncə Regional Nəzarət”İB nin kollektivi,”Autizmli pasientlərə dəstək”İB, digər yerli QHT və Media nümayəndələri, eləcə də vərəmin təsirinə məruz qalmış insanlar qrupu iştirak etmişlər. Tədbir boyu bəyannamə maddə-maddə müzakirə edilmiş, qarşılıqlı disput şəkilində suallar cavablandırlımış, təkliflər dinlənilmişdir.

 Tədbirdə vərəmdən təsirlənmiş həssas qruplarla iş zamanı prioritet məqamlar xüsusi ilə vurğulanmış və belə şəxslərin maarifləndirmə işinə cəlb edilməsinin məhsuldarlığı ön plana çəkilmişdir. 

Tədbirin təşkilinə hərtərfli dəstək üçün Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına, Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının aparatına, “Şəmkir MRX” PHŞ rəhbərliyinə, Şənkir Vərəməleyhinə xəstəxanasının kollektivinə, “Gəncə Regional Nəzarət”İB nin kollektivinə, ”Autizmli pasientlərə dəstək”İB nə xüsusi minnətdarlığımızı bildirirk.