İctimai Birliyin ailəsi olaraq bu gün uşaq sığınacağında yaşayan uşaqlar və Kəmalə Ağazadə dəvət olunub.

QHT.az xəbər verir ki, təşkilatın əsas məqsədi uşaqlara sadəcə xoş bir gün yaşatmaq deyil, həm də sevginin, diqqətin və qayğının hər bir uşağın haqqı olduğunu göstərmək olub. Görüş zamanı uşaqların üzündəki təbəssüm və səmimi sevinc təşkilat üzvləri üçün ən böyük hədiyyəyə çevrilib.

Bu xeyirxah işdə hər zaman yanlarında olan Şakir Abbas və onun dəyərli komandasına xüsusi təşəkkür bildirilib. Həmçinin təşəbbüsə öz dəstəyi ilə töhfə verən bütün xeyriyyəçi və mərhəmətli insanlara minnətdarlıq ifadə olunub.

Görüş zamanı Kəmalə Ağazadə də öz növbəsində şəhid anası, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə xanıma uşaqlara göstərdiyi diqqət və qayğıya, eləcə də bu gözəl təşəbbüsə görə təşəkkürünü bildirib.

Qeyd olunub ki, belə görüşlər yaxşılığın paylaşdıqca çoxaldığını, sevginin isə bölüşdükcə böyüdüyünü bir daha göstərir. Hər bir uşağın üzündə təbəssüm yaratmaq və onların yanında olmaq mənəvi borc kimi qiymətləndirilib.

“Vətən Naminə” İctimai Birliyi bundan sonra da mərhəmətin, qayğının və insan sevgisinin yanında olacaqlarını bəyan edib.