"Azərbaycanın Dünya Bankının Qadın, Biznes və Hüquq reytinqində 35 pillə irəliləməsi bir sıra mühüm islahatlarla bağlıdır. Əsas səbəblər arasında ödəniş sisteminin təkmilləşdirilməsi, valideyn hüquqlarının qorunması və iş yerlərində qadın hüquqlarının müdafiəsi yer alır".
QHT.az xəbər verir ki, bu sözləri Deputat Vüqar Bayramov bildirib. O, həmçinin qeyd edib ki, qadınların sənaye və təhlükəli işlərdə çalışmasına imkan verilib və əvvəlki məhdudiyyətlər aradan qaldırılıb: "Azərbaycan, ödəniş bölməsi üzrə reytinqini yaxşılaşdıran ölkələr arasında yer alıb və 85 bal toplayıb. Bu islahatlar qadın hüquqlarının və iş şəraitinin yaxşılaşdırılmasını təmin edib".












