"Bərabər vətəndaşlıq üçün yaşlıların təhsili" Təşəbbüsü layihəsi üzrə Mentorluq Proqramı keçirilib.
QHT.az xəbər verir ki, "Bərabər vətəndaşlıq üçün yaşlıların təhsili" təşəbbüsü çərçivəsində, TOT (Təlimçilər üçün təlim) kursunu bitirmiş müdavimlər üçün mentorluq proqramı təşkil edilmişdir Mentorluq proqramının əsas məqsədi, təlimçilərin bacarıqlarını artırmaq və onların yaşlılar üçün vətəndaşlıq təhsili kursu vermə qabiliyyətlərini inkişaf etdirməkdir. Bu proqramın məqsədləri aşağıdakılardır:
• Təlimçilərin vətəndaşlıq təhsili sahəsində təlim vermək üçün bilik və bacarıqlarını dərinləşdirmək.
• Yaşlıların təhsilində innovativ metodlardan istifadə etmə yollarını öyrətmək.
• Təlimçilərin qarşılaşa biləcəyi çətinliklərə qarşı həll yolları təqdim etmək.
• Yaşlılara vətəndaşlıq təhsilini daha effektiv və cəlbedici etmək üçün yeni təlim proqramları hazırlamaq.
Mentorluq xidmətləri Yaşlıların Təhsili Konsultasiya Mərkəzinin təcrübəli ekspertləri Babək Məmmədov və Xalidə Həmidova tərəfindən həyata keçirilib. Bu xidmətlər onlayn şəkildə göstərilmişdir ki, bu da təlimçilərin istənilən yerdən mentorlarla əlaqə qurmasına imkan yaradıb. Babək Məmmədov və Xalidə Həmidova, yaşlıların təhsili sahəsində geniş təcrübəyə malik olan mütəxəssislərdir. Onlar müxtəlif beynəlxalq və yerli layihələrdə iştirak etmiş, yaşlıların təhsili və vətəndaşlıq təhsili sahəsində bir çox təlimlər keçmişlər və, təlimçilərin inkişafına və təlim proqramlarının hazırlanmasına böyük töhfə vermişdir. Mentorluq proqramının nəticəsi olaraq, vətəndaşlıq təhsilinin müxtəlif aspektlərini əhatə edən bir neçə təlim proqramı hazırlanmışdır. Bu təşəbbüs, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramının (UNDP) həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə Yaşlıların Təhsili Konsultasiya Mərkəzi tərəfindən icra edilir.












