Amerikanın federal tənzimləyiciləri First Republic Bank-ı ələ keçirib və onun aktivlərini ölkənin ən böyük bankı JPMorgan Chase-ə satırlar. QHT.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Hökumət bu tədbiri bank sistemində yaranmış “zəifliyi” yatırtmaq üçün atıb. Federal Əmanətlərin Sığortalanması Korporasiyasının bəyanatında deyilir ki, sövdələşmə "yüksək rəqabətli tenderdə" baş tutub, lakin JPMorgan-ın First Republic-i almaq üçün nə qədər pul ödədiyini açıqlamayıb.
Analitiklər bildirirlər ki, bu ilin yazında maliyyə sistemi ilə bağlı yaranmış “fövqəladə vəziyyət” aradan qaldırılıb, lakin heç kim digər bankların təsirlənməyəcəyinə əmin deyil.
First Republic-in baş direktoru Jamie Dimon verdiyi açıqlamada böhranın bu hissəsi bitdi deyib.












