WhatsApp daim yeni yeniləmələr və funksiyalar alır, buna görə də köhnə cihazlar onlarla ayaqlaşa bilmir. Qarşıdan gələn yeniləmə ilə mobil proqram 5.0-dan aşağı olan Android smartfonlarında fəaliyyətini dayandıracaq.

QHT.az xəbər verir ki, 24 oktyabr 2023-cü il tarixindən etibarən yalnız Android ƏS 5.0 və daha yüksək versiyaları dəstəklənəcək. “WhatsApp” istifadəçiləri smartfonunda əməliyyat sistemini yeniləməli, Android 5.0 və ya daha yeni versiya dəstəklənmirsə, yeniləmə haqqında düşünməlidirlər. 

Məsələn, siyahıda:

  • Samsung Galaxy Note2;
  • Samsung Galaxy S2;
  • Samsung Galaxy Nexus;
  • Samsung Galaxy Tab 10.1;
  • HTC One;
  • HTC Desire HD;
  • HTC Sensation;
  • LG Optimus 2X;
  • Nexus 7;
  • LG Optimus G Pro;
  • HTC One;
  • Sony Xperia Z;
  • Sony Xperia S2;
  • Sony Ericsson Xperia Arc3;
  • Motorola Xoom;
  • Motorola Droid Razr.

iPhone sahibləri daha şanslıdırlar, onlar üçün şərtlər dəyişməyib - optimal WhatsApp işləməsi üçün onlara iOS 12 və sonrakı əməliyyat sisteminə əsaslanan iPhone lazımdır.

Xatırladaq ki, bu ayın əvvəlində WhatsApp qlobal kanalların istifadəyə verildiyini elan etdi. Telegram-dan fərqli olaraq, WhatsApp kanalları ayrıca tabda yerləşdirilib və istifadəçilər filtrlərdən istifadə edərək ən maraqlılarını axtara bilərlər. 

 

Pərvanə Fərhadqızı