Microsoft səhvləri və nasazlıqları aradan qaldırmaq üçün Windows 11 əməliyyat sisteminin (ƏS) bərpası ilə bağlı təlimatlar dərc edib. 

QHT.az xəbər verir ki, Microsoft mütəxəssisləri bildiriblər ki, 24H2 yeniləməsi ilə bağlı nasazlıqlar Windows 11-i əvvəlki versiyaya qaytarmaqla həll edilə bilər. Bunun üçün "Sistem Parametrləri"ndə "Bərpa" bölməsinə keçib "İndi yenidən quraşdırın" seçimini etməlisiniz.

Bərpa prosesi zamanı sistem avtomatik olaraq stabil yeniləməni seçir. Əgər səhv baş verərsə, yeni yeniləmədən əvvəlki versiyaya qayıtmaq mümkündür. Bu funksiya Windows 11 22H2 və daha yeni versiyalarda mövcuddur.

 

 

R. İmanov