Dünya miqyaslı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum - WUF13) 13-cü sessiyası çərçivəsində, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası  regionlarda yaşayan pasiyentlərin həyat keyfiyyətinə birbaşa təsir edəcək mühüm mövzunu gündəmə gətirir.
​
QHT.az xəbər verir ki,
keçiriləcək tədbirin əsas mövzusu "Regionlarda hemostaz pozuntularından əziyyət çəkən pasiyentlər üçün müalicənin əlçatanlığı və infrastrukturun təşkili standartları" olacaq. Məqsəd: Şəhər və yaşayış məntəqələrinin inklüziv inkişafı ilə yanaşı, xüsusi qayğıya ehtiyacı olan hər bir koaqulopatiyalı pasiyentlərin müasir tibbi xidmətlərə çıxışının təmin edilməsidir.

​Tədbirdə əsas toxunulacaq istiqamətlər: Regionlarda müxtəlif koaqulopatiya və ümumilikdə hemostaz pozuntularından əziyyət çəkən şəxslərin həyati vacib dərman təminatı və təcili tibbi yardıma çıxışı.

​İnfrastruktur: Bölgələrdə ixtisaslaşmış dövlət xəstəxanalarında kadr potensialının standartlara uyğunlaşdırılması.

Tədbir 20 may 2026-cı il tarixində, saat: 12:30-da, Bakı Olimpiya Stadionu / Qlobal Cənub Platforması pavilyonu​nunda təşkil ediləcək.