"Yeni dövr bütün sferalarda islahatların daha da dərinləşməsi, Böyük Qayıdışın intensiv davam etdirilməsi və Azərbaycanın geo-siyasi və geo-iqtisadi mövqeyinin daha da güclənməsi ilə xarakterizə olunacaq".
QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Qalib Xalq Müzəffər Ali Baş Komandanına böyük etimadını bir daha nümayiş etdirdi: "2023-cü ildə əldə etdiyimiz uğurlar yeni mərhələdə daha da möhkəmləndiriləcək. Ərazi bütövlüyü və suverenliyimizin tam bərpa olunması kontekstində iqtisadi islahatların daha da dərinləşməsi daha priortitləşməkdədir. Xalqımız bu seçkidə də Qalib xalqın Qalib Prezidentinin yanında olmaqla ölkə rəhbərinin siyasətini və eləcə də Qarabağ daxil olmaqla ölkədə həyata keçirilən quruculuq işlərini fəal şəkildə dəstəklədiyini nümayiş etdirdi".












