Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen ilə görüşüb.
QHT.az xəbər verir ki, Çavuşoğlu Twitter hesabında mövzu ilə bağlı paylaşımında, "BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Pedersen ilə görüşdük. BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə, siyasi prosesə və Konstitusiya Komitəsinə dəstəyimizi bir daha vurğuladıq. " ifadələrdən istifadə etmişdir.












