Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin təşkilatçılığı ilə Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisində sentyabrın 29-da xüsusi layihə çərçivəsində fiziki məhdudiyyətli sənətkarlara dəstək məqsədi ilə sərgi keçirilib.

QHT.az xəbər ki, sərgidə müxtəlif sahələri əhatə edən əl işləri nümayiş etdirilib, milli irsimizi və sənətkarlıq ənənələrimizi yaşadan bu nümunələr ziyarətçilərin böyük marağına səbəb olub. Tədbirə qatılan xarici turistlər də eksponatlarla yaxından tanış olub, onları yüksək dəyərləndiriblər. Onların fikrincə, bu cür sərgilər Azərbaycan mədəniyyətinin zənginliyini tanıtmaqla yanaşı, fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına və yaradıcılıq imkanlarının tanıdılmasına da mühüm töhfə verir.

Layihənin əsas məqsədi həm sənətkarların əl işlərinin geniş auditoriyaya çatdırılması, həm də turizm məkanlarında milli sənət nümunələrinin tanıdılmasıdır. Sərgi həm sosial, həm də mədəni baxımdan önəmli bir təşəbbüs kimi dəyərləndirilir.