Müasir Azərbaycan ədəbiyyatında yenilikçi imzasıyla tanınan şair-publisist Dəyanət Osmanlının “Seçilmiş şeirlər”inin (iki cilddə) I cildi işıq üzü görüb.
QHT.az xəbər verir ki, kitaba müxtəlif illərin seçilmiş şeirləri, həmçinin 1915-ci ildə Bakının erməni daşnak işğalından qurtuluşuna həsr olunmuş, 2015-ci ildə ədəbi aləmdə səs gətirən “İt nəfsi” və “Çörək ağacı” poema-pritçaları daxil edilib. Nəşrin məsləhətçisi akademik Nizami Cəfərov, redaktoru şair-publisist Rəşid Faxralıdır. Həmçinin Dəyanət Osmanlının 60 illiyinə həsr olunmuş “Günbatana salam” kitabı da çap olunub.
Qeyd edək ki, Dəyanət Osmanlı Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, TÜRKSOY-un təltiflərinə və Prezident təqaüdünə layiq görülmüş ədibdir.
QHT.az kollektivi olaraq, Dəyanət Osmanlını yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar arzulayırıq.
Yubileyiniz mübarək!












