Bəzi qidalar cavan görünməyimizə kömək edə bilər. Meyvə və tərəvəzlər müxtəlif qida və vitaminlərlə zəngindir, lakin dərini qoruyanlar da var.

“Kollagen dərinin, əzələ kütləsinin əsas təməl maddələri arasında yer alır. Yaşlandıqca insanlarda kollagenin miqdarı azalır. İnsan sağlam həyat tərzi sürmürsə, kollagen sürətlə azalmağa başlayır, immun sistemi aşağı düşür, bioloji qocalma, xüsusilə də dəridə qırışların yaranması, quruluq problemləri yaranır”.

Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova QHT.az-a açıqlamasında deyib. Mütəxəssis bildirib ki, təbii qidalardan istifadə olunanda kollagen də miqdarı normal olur: “Ətlərdə, zülal mənşəli qidaların tərkibində, heyvan mənşəli süd məhsullarında, göyərtilərdən ispanağın və çuğundurun, turpun  yarpağında, kələm, qırmızı kələm və brokolinin tərkibində kollagen var. Kolagen olan qidalarla amin turşuları olan qidaları birlikdə qəbul etdikdə daha faydalı kollagenə çevrilir. Meyvələrdən sitrus meyvələrin mandalin, limon, qreyfrut, portağalın tərkibində, qırmızı giləmeyvələdə böyürtkən, moruq, qaragilə, dağ çiyələyində, paxlalılardan lobya, noxudun, çərəzlərdən badamın, qozun tərkibində kollagen var. Bunlardan çeşidli şəkildə qəbul etdikdə kollagen əksikliyi tamamlanır”.

Məhsəti Hüseynova həmçinin bildirib ki, bəzən xaş və ya sümük qaynadılıb, bulyon şəklində olduqda bu zaman da keyfiyyətli kollagen olur: “30 yaşdan yuxarı bu qidaları qəbul edin. C vitamini ilə birlikdə qəbul olunarsa daha çox faydası olar. Su miqdarına da diqqət yetirmək lazımdır. Bir orqanizm üçün hər kq bədən çəkisinə 0,30 mqr hesablanaraq qeyd etmək olar”.

 

Pərvanə Fərhadqızı