Azərbaycanlı yazar Etibar Həsənzadənin “Zəfərlərə Doğu” adlı və digər kitabları qardaş Türkiyədə rəsmi şəkildə təqdim olunub.

QHT.az xəbər verir ki, kitablar Türkiyədə yaşayan jurnalist, Tüm Medya Mensupları Dərnəyinin Ankara İl Başqanı və Tüm İnternet Medya Birliyinin Yenimahalle İlçe təmsilçisi Selçuk İnan tərəfindən Türk Silahlı Qüvvələri Dayanışma Vəqfinin müdiri, ehtiyatda olan tuğgeneral Alper Eserə təqdim edilib. Məlumatı yazar Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında paylaşıb. O bildirib ki, əsərlərinin Türkiyədə belə nüfuzlu bir quruma təqdim olunması onun üçün böyük qürur mənbəyidir.

Yazar, yaradıcılığına göstərilən diqqətə görə Selçuk İnan və Alper Eserə təşəkkür edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, təqdim olunan kitablar Türk Silahlı Qüvvələri Dayanışma Vəqfinin kitabxanasına daxil edilərək oxucuların istifadəsinə verilib.

 

Pərvanə Fərhadqızı