“Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib. Görüş zamanı Prezident İlham Əliyev sammit iştirakçılarına regionda və dünyada baş verən prosseslər barədə öz fikirlərini bildirib, tövsiyələrini çatdırıb. Xüsusi olaraq, dövlətlərin bu gərgin və ağır bir dünya şəraitində yaşadığımız, yaranmaqda olan yeni hərbi ocaqların olduğunu və terrorçuluğa qarşı mübarizənin əhəmiyyətindən söz açıb. Bununla yanaşı, dünyada, regionda sülhün və əməkdaşlığın qorunması, vaxtında cinayətkarlığın, terrorr hadisələrinin qarşısını almağın çıxış yolları barəsində olan fikirlərini bölüşüb”.
QHT.az bildirir ki, bu fikirləri Herbiand.az-a hərbi ekspert Emin Həsənli bildirib.
Ekpert Prezidentin görüşdə ərazi bütövlüyünün bərpa edilmsi ilə bağlı fikirlərinin önəmli olduğunu vurğulayıb:
“Azərbaycan xalqı, Azərbaycan Ordusu birlik nümayiş etdirərək, 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq, işğalda olan torpaqları azad etdi. Eyni zamanda, ölkə başçısı görüş zamanı iştirakçılara Qarabağın taraixi barəsində qısa məlumat da verib. 1805-ci ildə Qarabağ xanı İbrahim xanla çar ordusunun generalı Sisanov arasında müqavilə imzalandı. Bu müqavilədə ermənilər barədə heç bir məlumat yoxdur. Ermənilərin Cənubi Qafqaza çar Rusiyası tərəfindən gətirilib və ermənilər əvvəl bu bölgədə yaşamayıblar. Onların o zaman dövlətləri mövcud olmayıb.
Tarixi mənbələrdə Daqlıq Qarabağ ifadəsi yoxdur. Bu söz SSRİ yaranandan sonra istifadə edilməyə başlayıb. 1991-ci ildə Azərbaycan Milli Məclisi tərəfindən DQMV ləğv olundu və bu termin də gündəlikdən çıxdı”.
Emin Həsənli İlham Əliyevin yeni təhlükəsizlik şəraitində yaşayan dünya və bu situasiyada xüsusi xidmətlərin roluna toxnmasına diqqət çəkir:
“Hesab edirəm ki, dünya çox gərgin bir şəraitdədir və yeni müharibə ocaqları var. Bu şəraitdə təhlükəsizlik məsələləri çox önəmlidir. Azərbaycan dövləti həm özünün, həm müttəfiq dövlətlərin təhlükəsizliyi ilə bağlı bir çox ölkələrlə başqa sahələrdə olduğu kimi, təhlükəsizlik və xüsusi xidmət sahəsində də əməkdaşlıq edir. Bu çox önəmli bir məsələdir. Hər bir dövlət üçün əsas faktor onun təhlükəsizliyinin, müdafiəsinin güclü olmasıdır. Terror,cinayət hadisələrinin olması öncədən bilib onun qarşısının alınması çox önəmlidir. Ulu Öndər, ümummilli lider Heydər Əliyev deyirdi ki, bir hadisənin baş verməməkdən qabaq qarşısını almaq, hadisənin nəticəsini aradan qaldırmaqdan qat-qat önəmlidir və bu böyük bir peşəkarlıq tələb edir”.
Emin Həsənli qeyd edir ki, ölkədə xüsusi xidmət orqanlarının uğulu fəaliyyəti danılmaz faktdır. Qarabağda keçirilən son antiterror əməliyyatından sonra bu orqanların əməliyyatları çox təqdirəlayiq idi:
“ Azərbaycan dövlətinə qarşı Azərbaycan vətəndaşlarına qarşı Azərbaycanda ictimai, siyasi sabitliyinin pozulmasına qarşı yönələn cəhdlərin qarşısını alınıb. İstər 44 günlük Vətən müharibəsində, istər antiterror tədbirləri zamanı, cinayətkarların, separatçı rejimin “rəhbər”lərinin zamanında Azərbaycana qarşı çox ağır cinayətlər törətmiş şəxslərin həbs edilərək, Bakıya gətirilməsi də bunun bariz nümunəsidir”.












