İndi siz WhatsApp-la video zəng zamanı ekranınızı paylaşa bilərsiniz.
QHT.az xəbər verir ki, ekran paylaşımını aktivləşdirmək üçün video zəng zamanı zəngə nəzarət pəncərəsində görünəcək “Paylaş” ikonasını sıxmaq lazımdır. Bundan sonra ekranda baş verən hər şey həmsöhbətə görünəcək. Yeniləmə tədricən yayılır və bir neçə həftə ərzində hər kəs üçün əlçatan olacaq.
Daha sonra tərtibatçılar daha bir neçə funksiya əlavə etməyə söz verirlər: bir smartfonda birdən çox hesaba dəstək və şəxsi yazışmalarda və çatlarda mesajları sancmaq imkanı olacaq.
Pərvanə Fərhadqızı












