“Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova QHT.az-a açıqlamasında iş və istirahət balansının çətinliyindən danışıb. O, əvvəllər oğluyla bərabər istirahətə getmək üçün vaxt ayırdığını və bu il də bir həftəlik istirahət etməyi planlaşdırdıqlarını bildirib. Lakin, ölkə xaricində istirahət etmənin çox bahalı olduğunu vurğulayıb.

İşlərinin çoxluğundan həftə sonları da istirahət edə bilmədiklərini qeyd edən Südabə Məmmədova, hal-hazırda layihə üzərində çalışdıqlarını və sığınacağa müraciət edənlərlə apardıqları işlərin çox olduğunu bildirib. Yay bitmədiyindən ilin bir dəfə sığınacaqdakı qadınları harasa istirahətə aparmağı planlaşdırdıqlarını söyləyən Məmmədova, bu ayın sonuna yaxın Mediasiya ilə bağlı yay məktəbində beynəlxalq təlimə qatılacağını və burada həm öyrənəcəyini, həm də istirahətini balanslaşdırmağa çalışacağını qeyd edib.

Əsas fəaliyyətinin universitetdə olduğunu və dərslərin başlaması ilə birlikdə istirahət etmək üçün çalışacağını vurğulayan Südabə Məmmədova, təəssüf ki, bu gün qiymətlərin baha olması səbəbindən istədikləri kimi istirahət edə bilmədiklərini əlavə edib. Ölkə xaricində, hətta Türkiyəyə getməyin belə baha olduğunu və işlərinin çoxluğundan normal istirahəti planlaşdıra bilmədiklərini bildirib.

 

 

Pərvanə Fərhadqızı
QHT.az