Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi tərəfindən hazırlanmış “Yüksəlişin sirri” sənədli filmi 2016-cı il Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun həyat və döyüş yolundan bəhs edir.
Bu barədə redaksiyamıza “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov məlumat verib. QHT rəhbərinin sözlərinə görə böyük maraqla qarşılanan bu filmin məzmununda vətənpərvərlik, vətənə bağlılıq hissləri var. Samid İmanov canını Vətən uğrunda fəda etməklə böyük qəhrəmanlıq salnaməsi yaratdı. Bu gün qəhrəman şəhidin adı hər yerdə sonsuz ehtiramla anılır.












