ABŞ və İsrailin İrana qarşı müharibə apardığı üçüncü həftəyə qədəm qoyarkən, Donald Tramp prezidentliyinin qalan hissəsinə təsir göstərə biləcək qərarlar qəbul etmək zərurəti ilə üzləşir.

QHT.az xəbər verir ki, bu sözləri  “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli bildirib. Onun sözlərinə görə, İranla müharibə, ən azı, Trampı və onun administrasiyasını amerikalıları prezidentin onların iqtisadi problemlərini həll etdiyinə inandırmaq səylərindən yayındırır. Əgər benzin qiymətləri - bu yaxınlara qədər Tramp üçün qürur mənbəyi olan - yüksək qalsa, bu, onun siyasi reytinqləri üçün ciddi nəticələrə səbəb ola bilər:

"Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, ABŞ-da bir qallon benzinin orta qiyməti (bir qallon təxminən 3,7 litrdir) hazırda 3,72 dollardır. Bir ay əvvəlki 2,94 dollarla müqayisədə bu, kəskin artımdır. Bu Respublikaçıların ucuz benin təbliğatını dağıdır. Amerika qoşunlarının hər hansı bir istifadəsi prezidentə qarşı narazılığı artırma riskini daşıyır. Əksər amerikalılar, o cümlədən Trampın seçki kampaniyasının xarici torpaqlarda müharibələrdən qaçınmaq vədlərinə inanan bir çox insan, ABŞ-ın daha bir uzunmüddətli hərbi münaqişəsindən ehtiyat edirlər".

BBC-nin təhlilinə əsasən bildirib ki, "Sonsuz müharibələrlə yorğunluq var". "Əgər quru qüvvələri ilə müdaxilə etsək, bu, administrasiya üçün tamamilə yeni bir risk səviyyəsidir. Bu, hər şeyi dəyişir."

 

Pərvanə Fərhadqızı