Türkiyənin 10 vilayəti ilə yanaşı Suriyanın şimalında da böyük dağıntılara səbəb olan zəlzələdə İdlibdə bəndin uçması nəticəsində El Tol qəsəbəsi su altında qalıb.

QHT.az xəbər verir ki, Kahramanmaraş mərkəzli zəlzələlər nəticəsində dağılan onlarla binada 3300-dən çox suriyalı həyatını itirərkən, artmaqda olan təkanların təsiri ilə Türkiyə sərhədinə yaxın İdlibin Salqeen qəsəbəsində bənddə çatlar əmələ gəlib.

Anbarın su basması ilə El Tol şəhərini su basdı və bir çox insan şəhəri tərk etməyə məcbur oldu. Ərazidəki havadan çəkilmiş görüntülər böyük bir ərazinin və onlarla evin su altında qaldığını göstərib.

Mənbələrə əsasən, zəlzələlər zamanı şəhərdə bəzi evlərin dağıldığını və dağıntılar altında təxminən 40 nəfərin həyatını itirdiyini bildirib. Yerli əhalinin bəndin tamamilə uçmasının qarşısını almaq üçün onun qarşısına qum torbaları qoyduğu bildirilir.