Ötən gün Hatayda baş verən 6,4 və 5,8 bal gücündə zəlzələlər Yaxın Şərq və Şimali Afrika ölkələrində də hiss olunub.
QHT.az xəbər verir ki, Hatay mərkəzli zəlzələnin Suriya, İordaniya, İraq, Fələstin, İsrail və Misirdə hiss olunduğu bildirilərkən, Suriya və Livanda xalqın panikaya düşdüyü bildirilib.

Fevralın 6-da baş verən zəlzələlərdə ziyan görən və çoxlu sayda insanın həyatını itirdiyi Suriyada ötən axşam baş verən zəlzələlər İdlib, Hələb, Həma və Afrində başda olmaqla bütün ölkə ərazisində hiss olunub. Bəzi şəhərlərdə də söküntülərin olduğu bildirilir. Suriyanın şimal-qərbində müxaliflərin yerləşdiyi bölgələrdə fəaliyyət göstərən “Ağ Dəbilqəlilər” mülki müdafiə təşkilatı zəlzələ nəticəsində xəsarət alanların olduğunu, lakin can itkisinin qeydə alınmadığını açıqlayıb.