Uzun müddətdir dünyanın ən varlı qadını adını daşıyan Fransua Bettencourt Meyers, sərvətinin ümumi dəyəri 100 milyard dolları keçən ilk qadın oldu.
QHT.az xəbər verir ki, il ərzində şirkətin səhmlərindəki 35 faiz artım, ailəsi ilə birlikdə L'oreal -ın səhmlərinin 35 faizinə sahib olan 70 yaşlı Meyersin sərvətinin artmasında təsirli olub. Bir çox alt markası ilə dünyanın ən böyük kosmetika şirkəti olan L'oreal, 2002-ci ildə 42 milyard dollarlıq satış rəqəminə çatdı. Dünyanın ən varlı adamları siyahısında birinci yerdə 232 milyard dollar sərvəti ilə İlon Mask qərarlaşıb. İkinci yerdə 179 milyard dollarlıq sərvətlə Bernard Arno, üçüncü yerdə isə 178 milyard dollarla Ceff Bezos qərarlaşıb.
Pərvanə Fərhadqızı












