1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılıb. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birləşmələrin tərkibində fəaliyyət göstərirdilər.
"1990- cı illərdə Yazıçılar Birliyini ləğv etmək istəyirdilər. Birliyin sədri yazıçı Anar müəllimin təşəbbüsü ilə İctimai Birlik bu günə qədər qorunub saxlanılıb. Birliyin gözəl layihələri var, ədəbiyyatımızda görülən yaxşı işlərdə onun rolunu danmaq olmaz. Nəzdində müxtəlif jurnallar, mətbuat orqanları çap olunur. Məsələn "Azərbaycan", "Ulduz", "Qobustan" jurnalları, “Ədəbiyyat qəzeti” və s. göstərmək olar. Hər il gənc və yaşlı nəsl yazıçılara prezident təqaüdü verilir, dünyasını dəyişmiş yazıçıların anım günləri qeyd olunur. Kitabı yeni nəşr olunan yazıçıların əsərləri Yazıçılar Birliyində təqdim olunur”. – bu sözləri AYB üzvü, tanınmış şair Qılman İman QHT.az-a açıqlamasında bildirib.
Şair qeyd edib ki, Yazıçılar Birliyi İctimai Birlikdir, Qeyri Hökümət Təşkilatıdır. Dövlət bu birliyə dəstək olur, maliyyələşdirir. Onun yaşaması təqdirəlayiqdir.
Pərvanə Fərhadqızı












