Qaziantepin İslahiye rayonunda dağıntılar üzərində işlərin 132-ci saatında 4 yaşlı Şengül Karabacak və atası Sezai Karabacak sağ-salamat çıxarılıb. Dağıntılar altından çıxan və sağlam görünən atanın ilk sözləri “Həyat yoldaşımı tapın” olub.
QHT.az Turkustan.az-a istinadən xəbər verir ki, Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra dağıntıların yaşandığı vilayətlərdə qrupların axtarış-xilasetmə işləri fasiləsiz davam edir. Nəhayət, 132-ci saatda Qaziantepin İslahiye rayonunda 4 yaşlı Şengül Karabacak və atası Sezai Karabacak sağ-salamat xilas edilib. Dağıntılar altından çıxarılan ata Karabacakın ilk sözləri ürək ağrıdır.
"HƏYAT YOLDAŞIMITAPIN"
Təcili yardıma xərəyə daşınan Karabacak qruplara "Həyat yoldaşımı tapın" dedi. Həkimlərin ilkin müdaxiləsindən sonra səhhətinin yaxşı olduğu öyrənildi.
Bir neçə dəqiqə əvvəl qızı çölə çıxardılar
Digər tərəfdən, Karabacakdan əvvəl qruplar ailənin 4 yaşlı qızı Şengül Karabacak'ı dağıntılar altından sağ çıxarıb. Kiçik qız xəstəxanaya aparılarkən çöldəki insanlar böyük sevinc yaşadılar.
Eltac Zülfüqaroğlu/Turkustan.az












