Adana Prokurorluğu zəlzələ nəticəsində şəhərdə dağılan binalarla bağlı apardığı istintaq çərçivəsində 62 nəfər haqqında həbs qərarı çıxarıb.
QHT.az xəbər verir ki, Adana Prokurorluğu fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələdə dağılan və şəhərdə çoxlu sayda insanın ölümünə səbəb olan bina və yerlərdə aşkarlanan tikinti qüsurları ilə bağlı araşdırma başlatdı.
Aparılan araşdırmalara əsasən, ilk mərhələdə 62 şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib.
Şübhəlilərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.












