Avropa İttifaqı (Aİ) minatəmizləmə sahəsinə dəstəyini davam etdirir. 18 qadın minatəmizləyən Ağdam rayonunun Baş Qərvənd kəndində davamlı olaraq minatəmizləyici fəaliyyətlə məşğuldur.
QHT.az xəbər verir ki, gender bərabərliyinin minatəmizləmə sahəsində təmin olunması sayəsində gözəl nəticələr əldə edirik. Məsələn, daha balanslı və əhatəli işçi qüvvəsi Dayanıqlı İnkişaf Məqsədləri arasında möhkəm qarşılıqlı əlaqə yaratmaqla nailiyyətlərin əldə edilməsini sürətləndirə bilər.
Beynəlxalq Qadınlar Günü ərəfəsində, Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin ANAMA, Beynəlxalq Avrasiya Mətbuat Fondu (IEPF) və Mina Məsləhət Qrupu ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi “ANAMA-nın potensialının artırılması ilə məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasının dəstəklənməsi" təşəbbüsü çərçivəsində minatəmizləyən qadınlar haqqında paylaşacağımız hekayələri qaçırmayın.












