Milli Məclisin deputatı Vüqar Bayramov Füzuli rayon Horadiz şəhərində qəbul üçün müraciət edən sakinlərlə görüşüb.
QHT.az xəbər verir ki, görüş zamanı 60-dan çox seçicinin qayğıları dinlənilib və bəzi müraciətlərlə bağlı qərarlar qəbul edilib. Həmyerlilərimn müraciətləri əlillik dərəcəsinin alınması, mülkiyyət hüququ, məşğulluq, mənzil təminatı, sahibkarlıq fəaliyyəti, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi.
Deputat bildirib ki, uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq: "Horadiz şəhərində təşkil olunacaq növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər".












