Uzun müddətdir ki, dünyanın ən varlı adamı ünvanına sahib olan İlon Mask son bir ildə 200 milyard dollar zərərə düşüb. Dünyanın ən böyük şəxsi sərvət itkisini yaşayan Mask Ginnesin Rekordlar Kitabına düşüb.
QHT.az xəbər verir ki, uzun müddətdir açıqlamaları və hərəkətləri ilə gündəmdən düşməyən Tesla və Twitter rəhbəri İlon Mask indi itirdiyi pulla hadisəyə çevrilib. Bloomberg-in hesablamalarına görə, Maskın sərvəti 2021-ci ilin noyabrından bu yana 200 milyard dollar azalıb. Guinnessin verdiyi açıqlamada 51 yaşlı amerikalı sahibkarın sərvətindəki itkini müəyyənləşdirməkdə çətinlik çəkdiyi vurğulanarkən, bunun əvvəlki rekord itki olan 58,6 milyard dolları açıq-aşkar üstələdiyi vurğulanıb. 2000-ci ildə isə "Softbank"-ın qurucusu Masayoshi Son sərvətinin 58,6 milyard dollarını itirdi.












