Meksikada metro stansiyasında vaqonun yanması panikaya səbəb olub.

QHT.az xəbər verir ki, dünən Meksikanın paytaxtı Mexiko şəhərinin Politekniko metro stansiyasında vaqon yanıb.

Mühafizəçilər yanğınsöndürən ilə alova müdaxilə edərkən, sərnişinlər sürətlə təxliyə edilib.

Çox sayda sərnişinin panikaya düşdüyü hadisədə yanğın səbəbindən stansiyanı tüstü bürüdüyü görülüb. Səlahiyyətlilər tərəfindən verilən açıqlamada hadisə nəticəsində xəsarət alan olmadığı bildirilib.

Yanğının səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, ötən həftə Mexikoda iki qatarın toqquşması nəticəsində baş verən qəzada 1 nəfər ölüb, 57 nəfər yaralanıb.