Zonquldakda 3 mərtəbəli binanın sonuncu mərtəbəsində yerləşən mənzil yanğın nəticəsində yararsız hala düşüb.

QHT.az xəbər verir ki, Ereğli rayonu, Ören Mahallesi Meşelik Sokakda YA-ya məxsus 3 mərtəbəli binanın sonuncu mərtəbəsində yerləşən mənzildə yanğın baş verib. Evdə kirayəçi kimi oturan qadın yanğını görən uşaqlarının qışqırtılarını eşidib və onları çölə çıxarıb. Qonşuların xəbərdarlığı ilə ünvana polis, yanğınsöndürən və sağlamlıq qrupları göndərilib. Yanğın söndürülüb. Yanğın zamanı mənzil yararsız hala düşüb.

Yanğınsöndürənlərin ilk müayinəsində elektrik nasazlığından yarandığı təsbit edilən yanğınla bağlı araşdırmalar davam edir.

 

Pərvanə Fərhadqızı