Azərbaycanda 32 minə yaxın müəllimin əmək haqqına əlavələr ödənilir.

 

QHT. az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

 

Qeyd olunub ki, ümumi təhsil müəssisələrinin direktorlarının aylıq əməkhaqqına şagird sayından asılı olaraq əlavələr tətbiq edilir:

 

"Əmək haqqına əlavələrin tətbiq edildiyi direktorların rəhbərlik etdiyi müəssisələrdəki şagird sayı ölkədəki bütün şagirdərin 64% -ni təşkil edir. Əlavə olaraq qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticələrinə müvafiq olaraq 2023-cü ildə 23000-dən çox, 2022-ci ildəkilərə görə isə 9000-ə yaxın müəllimin əmək haqlarına əlavələr tətbiq olunub".