Azərbaycan Respulikası Gənclər və İdman Nazirliyinin maliyyə dətəyi və “Gənclərin Həmrəyliyi”ictimai birliyinin birgə təşkilatçılığı ilə 15.10.2022-ci tarixdən “4-cü Sənaye İnqilabı Dövründə Gənclərin Kompetensiya İnkişafı”adlı layihənin icrasına start vermişdir.
Layihənin məqsədi müasir gənclərin yeni əmək bazarının tələblərinə uyğunlaşdırılması,kütləvi ali təhsil alaraq işlə təminatda yaranan problemləri qabartmaq,gənclərin sevdikləri məşğuliyyət üzrə,şəxsi istedadlarının üzə çıxarılması, xüsusi istedadlarının inkişafı istiqamətində peşə təhsilini təşviq etməkdir.
Xüsusilə bölgə gənclərinin kənd təsərrüfatının inkişafı və kiçik sahibkarlıq fəliyyətində aktiv iştirakını təmin etmək layihənin əsas prioritet istiqamətidir.
Layihənin məqsədi kiçik sahibkarlığın inkişafı və peşə təhsili almış və iş təminatında ölkədə mövcud şəraitdən maksimum istifadə edərək gələcək fəaliyyətlərində işəgötürən tərəf olmaqla müasir gəncliyin formalaşmasına dəstək olmaqdır.
Layihədə Tovuz,Qazax və Ağstafa rayonları üzrə ümumilikdə 75 gəncin iştirak edəcəyi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.












