Azərbaycanın gəncləri təhsil sahəsində uğur qazanırlar və bu, təbii ki, ölkəmizin inkişafına çox böyük bir səmərə qatır. Universitetlərə daxil olan və xaricdəki universitetlərdə müxtəlif sahələrdə təhsil alan bir çox gəncimiz dünyanın müxtəlif bölgələrində müstəqil araşdırmalar aparır və beynəlxalq müsabiqələrdə iştirak edir. Bu, Azərbaycanın adını dünya səviyyəsində eşitməyə və tanımağa kömək edir.
QHT.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, bu qızımız Aytac Bəxtiyarlı gəldi ki, Elçin müəllim, mən Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyirəm: “Balı 639.50 idi. Əhsən dedim. Deməli, bu ixtisasa istəkli imiş. 400-450 bal toplayanlardan fərqli olaraq Aytac hüquqşünaslıq filan deyil, birbaşa Azərbaycan dili və ədəbiyyat müəllimi olmağı seçdi. Təbrik edirəm. Belə qərarlı gənclərimizlə qürur duyuram”.
Qeyd edək ki, ali məktəblərə qəbul imtahanları artıq başa çatıb. Qəbul imtahanını uğurla başa vuran abituriyentlər növbəti mərhələdə düzgün ixtisas seçimi ediblər. Bu seçim onların həyatına demək olar ki, birbaşa təsir edir. Bu günün gəncləri sabahın işığında yeniliklərə və uğura qərarlı bir şəkildə yürüyür. Onların potensialı və enerjisi, ölkəmizin inkişafına böyük töhfə kimi gəlir.
Pərvanə Fərhadqızı












