ABŞ-ın Feniks şəhərində havaya qalxan sərnişin təyyarəsi kabus dolu anlara səhnə olub.
QHT.az xəbər verir ki, Havay adalarının Honolulu şəhərinə uçan "Hawaiian Airlines "şirkətinə məxsus təyyarə güclü turbulentliyə düşüb və ən azı 36 sərnişin yaralanıb. Sərnişinlərdən 11-nin vəziyyətinin ağır olduğu bildirilib.
Turbulentliyin ildırım çaxmasının səbəb olduğu güman edilir. Təyyarədə 278 sərnişin və 10 ekipaj üzvü olub.
Təyyarədən ən azı 20 nəfərin xəsarət aldığı və ya huşunu itirmə, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirildiyi açıqlanıb.












